“Medianın dili elmi müzakirə müstəvisində” adlı konfrans keçiriləcək
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında “Medianın dili elmi müzakirə müstəvisində” adlı konfrans keçiriləcək.
Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Məlumatda deyilir ki, konfrans Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşacaq.
Qeyd olunub ki, konfransda kütləvi informasiya vasitələrində dil normalarına əməl edilməsi, mövcud problemlər və çıxış yolları müzakirə ediləcək.






İlk şərhi yaza bilərsiniz