Press "Enter" to skip to content

Türkiyə – Azərbaycan akademik əməkdaşlığı güclənir

Görüşdən xatirə fotosu

Son yeniləmə: 17 Fevral 2026

BAYRAQDAR MEDİA – Azərbaycan nümayəndə heyəti o cümlədən Baş konsul Zamin Əliyev Bayburt Üniversitesinin rektoru professor Mutlu Türkmeni iş otağında ziyarət edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, görüş zamanı Türkiyə ilə Azərbaycan arasında akademik əməkdaşlığın inkişaf etdirilməsi, tələbə və akademik mübadilə proqramlarının genişləndirilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub: “Ziyarət çərçivəsində iki ölkənin universitetləri arasında xüsusilə turizm, sosial elmlər və regional inkişaf sahələrində reallaşdırıla biləcək ortaq fəaliyyət istiqamətləri dəyərləndirilib. Tərəflər ali təhsil müəssisələri arasındakı əlaqələrin gücləndirilməsinin Türkiyə – Azərbaycan qardaşlığına akademik müstəvidə mühüm töhfə verəcəyini vurğulayıblar”.

Məlumatda deyilir ki, rektor Mutlu Türkmen nəzakətli ziyarətə görə Azərbaycan nümayəndə heyətinə təşəkkür edib. Rektor bildirib ki, Bayburt Universiteti beynəlxalq əməkdaşlıq vizyonu çərçivəsində dost və qardaş ölkə Azərbaycanla iş birliyinə açıqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.