Press "Enter" to skip to content

Universitetdə vətəndaş cəmiyyəti təmsilçiləri ilə görüş

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Iğdır Üniversitesi şəhərdə fəaliyyət göstərən 100-dən çox vətəndaş cəmiyyəti qurumunun nümayəndəsini bir araya gətirərək mühüm məsləhətləşmə proqramına ev sahibliyi edib. Tədbir Karaağaç Kampusunun 15 İyul Şəhidləri Konfrans Salonunda təşkil olunub. Proqramda universitetin rektoru Prof. Dr. Ekrem Gürel, universitet rəhbərliyi, QHT nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Universitetdən verilən məlumata görə, tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və İstiqlal Marşının səsləndirilməsi ilə başlayıb: “Çıxış edən rektor Ekrem Gürel vətəndaş cəmiyyəti təşkilatlarının ictimai həmrəyliyin və ortaq düşüncənin ən mühüm elementlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, güclü demokratiya yalnız güclü vətəndaş cəmiyyəti ilə mümkündür. Universitet olaraq QHT-lərlə davamlı və effektiv əlaqələrin qurulmasına önəm verdiklərini deyən rektor, əməkdaşlığa açıq idarəçilik modelini mənimsədiklərini qeyd edib”.

Proqram rektorun çıxışından sonra sual-cavab hissəsi ilə davam edib. QHT nümayəndələri universitetin fəaliyyəti, gələcək planları və əməkdaşlıq imkanları ilə bağlı suallarını birbaşa rektora ünvanlayıblar. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən müzakirələrdə universitet–vətəndaş cəmiyyəti əməkdaşlığının konkret layihələrlə gücləndirilməsi istiqamətində ortaq iradə nümayiş etdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.