Press "Enter" to skip to content

Eskişehirdə nəqliyyat haqları yenə də artırılıb

Avtobus, marşrut və tramvay tariflərinə artım edilib

BAYRAQDAR MEDİA – Eskişehirdə avtobus, marşrut və tramvay tariflərinə artım edilib. Yeni qiymətlər 2 mart tarixindən qüvvəyə minəcək.

Bu barədə eskisehir.net saytı məlumat yayıb.

Məlumata görə, yenilənmiş tarifəyə əsasən, ESKART tam gediş haqqı 30 TL-dən 40 TL-yə, Güzəştli bilet 15 TL-dən 20 TL-yə, Aktarma haqqı isə 2 TL-dən 2,50 TL-yə yüksəlib: “Həmçinin, birdəfəlik bilet 56 TL olub. 2 gedişlik bilet 120 TL, 3 gedişlik 180 TL, 4 gedişlik 224 TL, 5 gedişlik isə 280 TL müəyyən edilib”.

Məlumatda deyilir ki, kredit kartı ilə ödəniş 42 TL-yə qalxıb: “Virtual Eskart 40 TL, tələbə abonement kartı isə 450 TL təşkil edəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.