Press "Enter" to skip to content

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş

NATO-nun mobil təlim qrupunun heyəti ilə görüş

BAYRAQDAR MEDİA – Bakıda təşkil olunan “Tərəfdaş Ölkələrin Qabiliyyət Uyarlılığı Təşəbbüsü – 2026” təlim kursu çərçivəsində Müdafiə Nazirliyinin (MN) Əməliyyat Baş İdarəsinin rəisi general-leytenant Azər Əliyev və nazirliyin mütəxəssisləri NATO-nun mobil təlim qrupunun heyəti ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “əvvəlcə mobil təlim qrupunun ekspertləri NATO və təlim kursunun mərhələləri haqqında məlumat veriblər. Görüşdə peşəkarları bir araya gətirən təlim kursunun çoxmillətli qərargahlarda birgə planlama qabiliyyətinin artırılmasına, bilik və təcrübə mübadiləsinə, eləcə də ortaq dəyərlərin möhkəmlənməsinə xidmət etdiyi vurğulanıb”.

Ardınca xəbərdə, “təlim kursunda aparılan müzakirələrin və keçirilən məşğələlərin böyük əhəmiyyətə malik olması, həmçinin müasir və sürətlə dəyişən təhlükəsizlik mühitində uzlaşmanın və qarşılıqlı əməkdaşlığın vacibliyi iştirakçıların diqqətinə çatdırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.