Press "Enter" to skip to content

Neftçala ərzaq bazarında nöqsanlar – VİDEO

Neftçala ərzaq bazarında nöqsanlar

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala rayonunda fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında plandankənar yoxlama keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “yoxlama zamanı qida təhlükəsizliyi və sanitariya-gigiyena tələblərinin kobud şəkildə pozulduğu müəyyən edilib. Belə ki, satışa çıxarılan qida məhsullarına dair müvafiq müşayiətedici sənədlər yoxlamaya təqdim edilməyib, məhsullar üzərində etiket məlumatları olmayıb. Balıq və süd məhsullarının soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib. Xüsusilə bazarda mal qonşuluğu və tez xarab olan qida məhsullarının satışına dair tələblərinin pozulması halları müəyyən edilib”.

Ardınca xəbərdə, “faktla bağlı sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib olunub. Bazarda süd və süd məhsullarının satışının dayandırılması barədə qərar qəbul edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib” deyə bildirilir.

AQTA tərəfindən ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunmasıdır. Bu tələblərin icrası, eləcə də nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə bazar rəhbərlərinin üzərinə düşür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.