Press "Enter" to skip to content

Universitetin professoruna nazirlikdə mühüm vəzifə

Ramazan Erdağ

BAYRAQDAR MEDİA – Eskişehir Osmangazi Üniversitesinin İqtisadi və İdarəetmə Elmləri Fakültəsi Beynəlxalq Münasibətlər Bölməsinin rəhbəri olan Ramazan Erdağ Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən mühüm vəzifəyə təyin edilib.

Bu barədə universitetdən məlumat verilib.

Məlumatda deyilir ki, professor Ramazan Erdağ nazirliyin Strateji Araşdırmalar Mərkəzinin sədri vəzifəsini icra edəcək.

Qeyd edilib ki, o, artıq rəsmi olaraq vəzifəsinə başlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.