Press "Enter" to skip to content

Asiya İnkişaf Bankı ilə əməkdaşlıq məsələləri müzakirə edilib

Görüşdən foto

BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin müavini Azər Bayramov Asiya İnkişaf Bankının Dövlət sektorunun idarə edilməsi və idarəçilik sektoru ofisinin regional direktoru Navendu Karanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, görüşdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, biznes və investisiya mühitinin, eləcə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində reallaşdırılan islahatlar barədə məlumat verilib: “Azərbaycanda iqtisadiyyatın rəqəmsal transformasiyasının əsas prioritetlərdən olduğu və bu istiqamətdə süni intellekt əsaslı həllərin tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər qeyd olunub.Eyni zamanda, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, mütərəqqibeynəlxalq təcrübələrin tətbiqi, rəqəmsal nəzarət mexanizmlərinin genişləndirilməsi üzrə görülən işlər nəzərə çatdırılıb”.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.