Press "Enter" to skip to content

DDLA ilə Yunanıstanın təsnifat cəmiyyəti arasında saziş

Dövlət Dəniz və Liman Agentliyi

BAYRAQDAR MEDİA – Dövlət Dəniz və Liman Agentliyi (DDLA) yeni təsnifat cəmiyyətinə səlahiyyət verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DDLA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Agentliklə Yunanıstanın “Libero Hellenic Register” təsnifat cəmiyyəti arasında “Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilər üçün qanunla müəyyən edilən sertifikatlaşdırılma və təsnifat xidmətlərinin həyata keçirilməsinin tənzimlənməsi haqqında” saziş imzalanıb. Sənədə əsasən “Libero Hellenic Register” Azərbaycan Dövlət bayrağı altında üzən gəmilərdə beynəlxalq standartlara uyğunluğun təmin edilməsi və keyfiyyətli sertifikatlaşdırma sisteminin tətbiqi ilə bağlı müvafiq xidmətlər həyata keçirəcək”.

Sonra xəbərdə, “imzalanan saziş Azərbaycanın təsnifat cəmiyyətləri ilə strateji əməkdaşlığını genişləndirəcək. Bununla yanaşı, dəniz nəqliyyatının inkişafı təhlükəsizlik standartlarının yüksəldilməsi və Azərbaycan bayrağı altında üzən gəmilərin istər yerli, istərsə də dünya bazarında rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək. Qeyd edək ki, Agentlik ümumilikdə 12 təsnifat cəmiyyətinin fəaliyyət göstərməsinə dair razılıq verib. Gəmi sahibləri sözügedən təsnifat cəmiyyətlərinin müvafiq siyahısı ilə linkə keçid edərək tanış ola bilərlər” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.