BAYRAQDAR MEDİA – Erciyes Universitetinin İqtisadi və İdarəetmə Elmləri Fakültəsinin Beynəlxalq Münasibətlər Bölməsi və Şuşa Azerbaycan Evinin əməkdaşlığı ilə Xocalı Soyqırımına həsr olunmuş anım proqramı keçirilib. Tədbirdə fakültə rəhbərliyi, akademik heyət və tələbələr iştirak ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib
Bildirilib ki, çıxış edənlər 26 fevral 1992-ci ildə baş verən hadisələrin insanlıq tarixində qara ləkə olduğunu vurğulayıblar: “Bildirilib ki, Xocalıda baş verənlər təkcə müharibə hadisəsi deyil, dinc əhaliyə qarşı törədilmiş sistemli cinayət idi. Proqramın əsas məruzəçisi TADİV sədri Aygün Attar Xocalı faciəsinin illər keçməsinə baxmayaraq unudulmadığını bildirib. Tədbir plaket və təşəkkür sənədinin təqdim olunması ilə yekunlaşıb”.






İlk şərhi yaza bilərsiniz