BAYRAQDAR MEDİA – KKTC ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı Türkiyə ilə imzalanan Fiber Optik Layihəsi Protokolu barədə açıqlama verib. O bildirib ki, sənəd Cümhurbaşqanı Recep Tayyip Erdoğanın tapşırığı ilə hazırlanıb və təsdiqlənib.
Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.
Məlumatda deyilir ki, protokolun Türkiyənin Rəsmi Qəzetində dərc olunduğunu vurğulayan nazir sənədə dəyişiklik etməyin mümkün olmadığını bildirib: “E.Arıklı layihənin həyati əhəmiyyət daşıdığını və bəzi tənqidlərə baxmayaraq həyata keçiriləcəyini bildirib. Onun sözlərinə görə, dəyişiklik yalnız əlavə protokollar vasitəsilə edilə bilər. Nazir fiber infrastruktur yatırımının qaçılmaz olduğunu qeyd edib”.






İlk şərhi yaza bilərsiniz