Son yeniləmə: 21 Fevral 2026
BAYRAQDAR MEDİA – Korgeneral Münir Güzel, Hava Komandanı Tuğgeneral Ferruh Taraktaş, İstihkâm və İnşaat Dairə Rəhbəri Tuğgeneral Turgut Öğretmen, İl Jandarma Komandanı Tuğgeneral Mustafa Bakçepınar və Hava Dairə Rəhbəri Pilot Albay Serdar Koçtaş Pamukkale Universitetini ziyarət ediblər.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, ziyarət çərçivəsində heyət Mahmut Aydının müşayiəti ilə Ballıca Kampusunda olub və burada aparılan layihələr barədə ətraflı məlumat alıb: “Kampus sahəsində sənaye mirasının təhsil infrastrukturuna çevrilməsi, hangar və laboratoriya layihələri, tətbiqi təlim sahələri və davam edən akademik-texnoloji işlər heyətə təqdim edilib. Ziyarət proqramı layihə sahələrinin yerində yoxlanılması və qarşılıqlı müzakirələrlə tamamlanıb”.






İlk şərhi yaza bilərsiniz