BAYRAQDAR MEDİA – Fevralın 20-də doğma yurduna yola salınan köç karvanı Xocavənd şəhərinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “bu mərhələdə Xocavənd şəhərinə 194 nəfərdən ibarət 50 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.






İlk şərhi yaza bilərsiniz