Press "Enter" to skip to content

KTM-də total endoprotezləşdirmə əməliyyatı

KTM-də total endoprotezləşdirmə əməliyyatı

BAYRAQDAR MEDİA – Yanvarın 27-də 1971-ci il təvəllüdlü şəxs (kişi) döş qəfəsi, bel və bud-çanaq nahiyəsində şiddətli ağrı və hərəkət məhdudluğu şikayətləri ilə Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “aparılan radioloji müayinələr nəticəsində pasiyentə sağ bud sümüyü boynunun yerdəyişməli, qəlpəli sınığı diaqnozu təyin edilib. Anamnezində qeyd olunur ki, pasiyent daha öncə bir neçə tibb müəssisəsinə müraciət etsə də, yanaşı travmaları (döş qəfəsinin küt travması, ağciyərin cırılması və sol tərəfli pnevmotoraks) səbəbindən cərrahi müdaxilənin yüksək riskli olduğu bildirilib”.

Ardınca xəbərdə, “KTM-in Travmatologiya şöbəsinin həkimi Fuad Əyyubov və rezident Vüsal Əsgərovun iştirakı ilə pasiyentə sağ bud-çanaq oynağının total endoprotezləşdirilməsi əməliyyatı uğurla icra olunub. Əməliyyat sonrası interaktiv müalicə prosedurları nəticəsində pasiyentin vəziyyəti stabilləşib va qanaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb” deyə bildirilir

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.