Press "Enter" to skip to content

Manisada rəsm müsabiqəsinin qalibinə mükafat təqdim edilib

Təqdimat zamanı

BAYRAQDAR MEDİA – “Xəbər verildiyi kimi, Manisa Azerbaycan Kültür ve Dayanışma Derneği 2025-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə Zəfər Günü Söyləşi və Bayram Proqramı təşkil etmişdi. Həmin vaxt həmçinin rəsm müsabiqəsi də keçirilmişdi. Yunusemre İrfan Meclisi-ndə təşkil edilən tədbirə qatılan Ahmet Tütüncüoğlu İlköğretim Okulunun 2/G sinif şagirdi Murathan Işıkgöz Qarabağ Zəfərinə həsr edilmiş “Xarı Bülbül” mövzulu tablosu ilə iştirakçılarda xüsusi maraq oyatmış və qalib olmuşdu”.

Bu barədə Dərnəkdən BAYRAQDAR MEDİA-ya verilən məlumatda qeyd edilib.

Murathan Işıkgözün çəkdiyi Xarı Bülblü rəsmi
Murathan Işıkgözün çəkdiyi Xarı Bülblü rəsmi

Bildirilib ki, bu yaxınlarda həmin məktəbdə olan Dərnəyin rəhbəri Şentürk Hoşgül Murathan Işıkgözə xüsusi mükafatı təqdim edib.

Məlumata əsasən, Ahmet Tütüncüoğlu İlköğretim Okulunun direktoru Murat Kavakın otağında keçirilən görüşdə dərnəyin Qadınlar Qolu nümayəndələri Firuzə Mədətli və Şehzadeler İlçe Milli Eğitim Müdürlüğünün şöbə müdiri Müslüm Ünsal Alpay da iştirak ediblər: “Sədr Şentürk Hoşgül milli və mənəvi dəyərlərin yaşadılması və yaddaşlarda diri saxlanılması baxımından bu cür layihələrin böyük əhəmiyyət daşıdığını vurğulayaraq, uşaqların milli şüur və düşüncəsini gücləndirəcək fəaliyyətlərin davam etməsinin vacibliyini bildirib. O, sonra məktəb direktoru Murat Kavaka, şöbə müdiri Müslüm Ünsal Alpaya, şagird Murathan Işıkgözün ailəsinə, Zəfər Günü Rəsm Müsabiqəsinin qalibi olan Murathan Kavaka, o cümlədən müsabiqədə iştirak edən bütün şagirdlərə təşəkkür edib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.