Press "Enter" to skip to content

Marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi planlaşdırılır

BAYRAQDAR MEDİA – “2026-cı ildən etibarən Dövlət Turizm Agentliyi və tabeliyindəki Azərbaycan Turizm Bürosu tərəfindən hədəf ölkələrdə ənənəvi təbliğat üsulları ilə yanaşı, rəqəmsal alətlərdən və sosial media kampaniyalarından daha geniş şəkildə istifadə etməklə marketinq və kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi planlaşdırılır”.

Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.

Məlumatda deyilir ki, “2024-2026-cı illər üzrə Turizm Marketinq Strategiyası”na müvafiq olaraq həyata keçiriləcək tədbirlər mədəniyyət turizmi, sağlamlıq turizmi, təbiət və macəra turizmi, işgüzar tədbirlər turizminin hədəf bazarlarda daha effektiv tanıdılmasına xidmət edəcək: “Beynəlxalq turizm marketinq fəaliyyəti müxtəlif hədəf bazarlar üzrə prioritetlərə uyğun olaraq onlayn, oflayn (beynəlxalq turizm sərgilərində iştirak, B2B və B2C görüşlər, seminarlar, təqdimatlar, xarici media və sənaye nümayəndələri üçün tanışlıq səfərləri) və media-kommunikasiya kanallarının inteqrasiyalı istifadəsini ehtiva edir. Məqsəd ilkin mərhələdə Azərbaycan haqqında rəqabətqabiliyyətli və çoxşaxəli turizm istiqaməti kimi məlumatlılığı artırmaq, növbəti mərhələdə Azərbaycanı brend kimi tanıtmaqla ölkəmizə səyahəti və marağı təşviq etmək, nəticə olaraq isə bu marağı real səfər qərarına çevrilməsinə təkan vermək və qlobal mövqeyini gücləndirməkdir”.

Məlumatda o da qeyd edilir kiŞ beynəlxalq turizm marketinq kampaniyaları planlaşdırılarkən qlobal turizm trendləri, regional dəyişikliklər, turistlərin səyahət davranışındakı transformasiyalar əsas götürülür: “Ümumilikdə, 2026-cı il üzrə marketinq kampaniyalarında əvvəlki illərin uğurlu təcrübəsinə əsaslanmaqla daha genişmiqyaslı, rəqəmsal və bazar ehtiyaclarına daha çevik uyğunlaşan bir yanaşma tətbiq edilməsi hədəflənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.