Press "Enter" to skip to content

Süni İntellekt Zirvəsi keçiriləcək

Görüşdən foto

BAYRAQDAR MEDİA – AK Parti Eskişehir millət vəkili Fatih Dönmez və Anadolu Universitetinin rektoru Yusuf Adıgüzel Yüksəköğretim Kurulu (YÖK) sədri Erol Özvarı ziyarət ediblər. Görüş zamanı Süni İntellekt Araşdırma Komissiyasının fəaliyyəti və universitetlərin bu sahədəki elmi istehsal potensialı geniş şəkildə müzakirə olunub.

Bu barədə Anadolu Univdersitetindən məlumat verilib.

Məlumatda deyilir ki, görüşdə eyni zamanda Anadolu Universitetinin Açıq Təhsil Fakültəsi nəzdində açılması planlaşdırılan süni intellekt proqramı ilə bağlı proses nəzərdən keçirilib: “Tərəflər elmi istehsal gücünün artırılması, fənlərarası təhsil modellərinin gücləndirilməsi və gənclərin müasir dövrün tələblərinə uyğun bacarıqlarla təmin olunması istiqamətində atıla biləcək addımlar barədə fikir mübadiləsi aparıblar. Bundan əlavə, Eskişehirdə üç universitetin birgə təşkilatçılığı ilə keçirilməsi planlaşdırılan Süni İntellekt Zirvəsinin hazırlıq işləri də müzakirə edilib. Bildirilib ki, bu təşəbbüslər universitet – sənaye – dövlət əməkdaşlığını daha da möhkəmləndirəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.