Press "Enter" to skip to content

Komitə sədri növbəti vətəndaş qəbulunu keçirib

Fazil Mustafa

BAYRAQDAR MEDİA – Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə fevral ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.

Bu barədə komitədən məlumat verilib.

Məlumata görə, qəbul zamanı vətəndaş cəmiyyəti institutlarının, o cümlədən diaspor qurumlarının rəhbər təmsilçiləri, eləcə də müxtəlif bölgələrdən müraciət edən vətəndaşlar tərəfindən sosial təminat, hüquqi müdafiə, ictimai birliklərin fəaliyyəti, dini qurumlarla bağlı məsələlər və digər əməli fəaliyyət sahələrinə dair müraciətlər dinlənilib:“Səsləndirilən problemlər üzrə geniş fikir mübadiləsi aparılıb, müraciət müəlliflərinə hüquqi izahlar verilib və məsələlərin həlli yönündə mümkün mexanizmlər diqqətə çatdırılıb. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılması, müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına rəsmi məktubların ünvanlanacağı bildirilib”.

Məlumata əsasən, komitə sədri vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları arasında konstruktiv dialoqun önəmini vurğulayaraq, vətəndaş müraciətlərinə həssas və məsuliyyətli yanaşmanın parlament fəaliyyətinin prioritet istiqamətlərindən biri olduğunu bildirib: “Qaldırılan məsələlərin icra vəziyyətinin nəzarətdə saxlanılacağı və nəticələr barədə müraciət müəlliflərinə məlumat veriləcəyi xüsusi olaraq diqqətə çatdırılıb. Qəbulun əsas məqsədinin vətəndaşların problemlərinin birbaşa dinlənilməsi, ictimai institutlarla əlaqələrin gücləndirilməsi və qanunvericilik təşəbbüslərinin praktik əsaslarda təkmilləşdirilməsi olduğu vurğulanıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.