Press "Enter" to skip to content

Regional logistik imkanlar üzrə fikir mübadiləsi aparılıb

Görüşdən xatirə fotosu

Zəngəzur dəhlizinin açılması ilə əlaqədar regionda yüklərin daşınması, yeni marşrutların təşkili və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub

BAYRAQDAR MEDİA – Fevralın 20-də Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Azər Məmmədrəhimov “Azera Holdinq”in nümayəndələri ilə görüşüb.

Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə nazirliyin rəhbər heyəti və tabeli qurumların əməkdaşları, həmçinin “Naxçıvan Dəmir Yolları” MMC-nin direktoru iştirak edib: “Tərəflər görüş zamanı yükdaşıma sahəsində əməkdaşlığın genişləndirilməsi və logistika xidmətlərinin təkmilləşdirilməsi imkanlarını dəyərləndiriblər. Xüsusilə, Zəngəzur dəhlizinin açılması ilə əlaqədar regionda yüklərin daşınması, yeni marşrutların təşkili və birgə layihələrin həyata keçirilməsi perspektivləri diqqət mərkəzində olub”

Görüşdə gələcək əməkdaşlığın prioritetləri müzakirə edilərək regional logistik imkanlar üzrə fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.