Press "Enter" to skip to content

Erməni faşizmindən bəhs edən daha bir film

Təqdimat zamanı

“Adsız qəhrəman” sənədli filminin təqdimatı olub

BAYRAQDAR MEDİA – Nizami Kino Mərkəzində Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Əbilov haqqında “Adsız qəhrəman” sənədli filminin təqdimatı keçirilib.

Qeyd edək ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “Avrasiya Media Şəbəkəsi” tərəfindən hazırlanmış film 1992-ci il fevralın 26-da törədilmiş Xocalı soyqırımında qəhrəmancasına şəhid olmuş polis əməkdaşı Məzahir Yaqub oğlu Əbilovun həyat və döyüş yolundan bəhs edir.

Umud Mirzəyev çıxış edərkən
Umud Mirzəyev çıxış edərkən

Nümayişdən öncə filmin ssenari müəllifi, Qarabağ qazısı, jurnalist Rey Kərimoğlu çıxış edərək film haqqında ümumi məlumat verib.

O, qeyd edib ki, Məzahir Əbilovun döyüş yolu, qəhrəmanlığı haqqında onlarda məlumat olub, amma ötən il yeni məlumatlar əldə ediblər: “Bizdə itkin şəhidimiz Məzahir Əbilov haqqında məlumat var idi. Onun döyüş yolu, qəhrəmanlığı haqqında tez-tez eşidirdik. Amma ötən il ATV-nin “Ağdam və mən” verilişinin “Qara qaya” bölümündə yeni məlumatlar əldə etdik. Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyevə məlumat verdim. Belə qərar gəldik ki, “Avrasiya Media Şəbəkəsi” tərəfindən sənədli film hazırlayaq”.

Filmin nümayişi
Filmin nümayişi

Təqdimat mərasimində o da qeyd edilib ki, Əbilov Məzahir Yaqub oğlu 1969-cu il yanvarın 29-da Ağdam rayonunun Muğanlı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1987-1989-cu illərdə hərbi xidmətdə olub. 1990-ci ildə Vətənə olan sevgisi, dinc insanlarımızın həyatından narahatlığı onu Xocalıya aparıb. Xocalıda milis işçisi kimi xidmətə başlayıb. Silahdaşları ilə birgə “Bozdağ”, “Həsənabad”, “Daşbulaq”, “Mehdikənd” və digər əməliyyatlarda iştirak edib. O, 1992-ci ildə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdikləri vəhşilik zamanı soydaşlarımızı xilas edərkən itkin düşüb.

Təqdimatda millət vəkilləri, ölkənin ictimai-siyasi sektorunun təmsilçiləri və media nümayəndələri də iştirak edib
Təqdimatda millət vəkilləri, ölkənin ictimai-siyasi sektorunun təmsilçiləri və media nümayəndələri də iştirak edib

Sonra film nümayiş olunub.

Nümyişdən sonra Daxili İşlər Nazirliyinin nümayəndəsi polkovnik Mehman Həsənov, BAMF prezidenti Umud Mirzəyev, Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər çıxış edənlər belə filmlərin davamlı çəkilməsinin vacibliyini vurğulayıblar.

Mission News Theme by Compete Themes.