Press "Enter" to skip to content

ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görülüb

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində 2025-ci il üzrə ASAN Xidmət indeksi üzrə qiymətləndirmə nəticələri və “ASAN müraciət” informasiya sisteminin fəaliyyəti ilə bağlı illik hesabat təqdim edilib. Ümumilikdə Dövlət Agentliyi tərəfindən 137 qurumun 511 xidməti qiymətləndirilib.

Bu barədə ADSEA-dan məlumat verilib.

Məlumata görə, eyni zamanda, “ASAN müraciət” informasiya sistemi hazırda 99 qurumun iştirakı ilə ölkə üzrə (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) fəaliyyət göstərir. Sistem çərçivəsində mobil tətbiqin istifadəçi sayı 80.000-i keçib, platformaya isə 17.000-dən çox müraciət daxil olub: “Qiymətləndirmə nəticələrinə əsasən, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ASAN xidmət indeksi üzrə 77,7 faiz nəticə ilə 2-ci yerə, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə “ASAN müraciət” informasiya sistemi üzrə daxil olan müraciətlərin icra vəziyyətinə görə 53,4 faiz nəticə ilə 2-ci yerə layiq görülüb. Əldə olunan bu nəticələr dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğunun artırılması və şəffaf idarəetmənin gücləndirilməsi istiqamətində həyata keçirilən fəaliyyətlərin mühüm göstəricisidir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.