Press "Enter" to skip to content

AQC İqtisad Universitetində kurslar təşkil edir

BAYRAQDAR MEDİA – Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Dövlət İmtahan Mərkəzinin (DİM) növbəti imtahanına hazırlaşan şəxslər üçün hazırlıq kurslarına başlayır. Kursların təşkilində əsas məqsəd qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlərin bilik və bacarıqlarının artırılması, imtahana sistemli və peşəkar şəkildə hazırlaşmasına dəstək göstərməkdir.

Bu barədə BAYRAQDAR MEDİA-ya AQC-dən məlumat verilib.

Məlumata görə, tədris prosesi üç əsas istiqamət – daşınar, daşınmaz əmlakın və müəssisələrin qiymətləndirilməsi sahəsini əhatə edir: “Mühazirələr Azərbaycan Dövlət İqtisad Universitetində, tədris ocağının müəllimləri tərəfindən aparılacaq, kursu uğurla başa vuran iştirakçılar sertifikatı təqdim ediləcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.