Press "Enter" to skip to content

Əlilliyi olan uşaqlar üçün kitabxanalara maarifləndirici ekskursiyalar

Əlilliyi olan uşaqlar üçün kitabxanalara maarifləndirici ekskursiyalar

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Nərimanov və Sabunçu Sosial Xidmət Mərkəzlərində sosial reabilitasiya proqramına cəlb olunan əlilliyi olan uşaqların kitabxanalara ekskursiyaları keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “Nərimanov Sosial Xidmət Mərkəzinin benefisiarları Bakı Kitab Mərkəzini, Sabunçu Sosial Xidmət Mərkəzinin benefisiarları isə Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasını ziyarət ediblər. Ekskursiyalar çərçivəsində uşaqlar kitabxanaların fəaliyyəti və uşaq ədəbiyyatı nümunələri ilə yaxından tanış olublar”.

Sonra xəbərdə, “tədbirlər çərçivəsində təşkil olunan “Nağıl saatı” zamanı Sosial Xidmət Mərkəzlərinin mütəxəssisləri və uşaq yazarı, publisist Gülzar İbrahimova tərəfindən uşaqlara nağıllar oxunub. Eləcə də onlara kitablar hədiyyə olunub. Tədbirlərin keçirilməsində məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, onlarda mütaliə mədəniyyətini formalaşdırmaq və kitaba marağı artırmaqdır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.