Press "Enter" to skip to content

Əməyin mühafizəsinə dair maarifləndirmə

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində əməyin mühafizəsinə dair maarifləndirmə tədbirləri keçirilir. Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlərdə 1000-ə yaxın şagird iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya BŞTİ-dən məlumat verilib.

Qeyd edilib ki, tədbir çərçivəsində şagirdlərə əməyin mühafizəsinin əhəmiyyəti, təhlükəsizlik qaydaları, yanğın təhlükəsizliyi, eləcə də əmək fəaliyyətinə dair hüquq və vəzifələr barədə məlumat verilib: “Eyni zamanda yeni qəbul olunmuş standartlar və təhlükəsiz əmək mədəniyyətinin təşviqi məsələlərinə toxunulub. Bildirilib ki, əməyin mühafizəsi qaydalarına əməl olunması sağlamlığın qorunması və təhlükəsiz əmək mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

Sonda mövzular ətrafında müzakirələr aparılıb, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.