BAYRAQDAR MEDİA – Yanvarın 23-də 1936-cı il təvəllüdlü şəxs (kişi) sağ gözdə görmənin itməsi şikayəti ilə Kliniki Tibbi Mərkəzin (KTM) Oftalmologiya şöbəsinə müraciət edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya KTM-in mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aparılan göz müayinələrindən sonra xəstəyə sağ gözdə intraokulyar linzanın dislokasiyası (katarakta əməliyyatından sonra gözün içinə yerləşdirilmiş süni linzanın normal anatomik mövqeyindən yerini dəyişməsidir) diaqnozu təyin edilib. Oftalmologiya şöbəsinin uzman oftalmoloq cərrahı Gülnar Sultanova sağ gözdə köhnə intraokulyar linzanın eksplantasiyası və “Yamane” üsulu ilə skleral fiksasiyalı arxa kamera intraokulyar linzanın implantasiyası əməliyyatını uğurla icra edib. Xəstə əməliyyat sonrası şöbəyə yerləşdirilib”.
Daha sonra xəbərdə bildirilir ki, “aparılan nəzarət müayinələri zamanı sağ gözdə görmə funksiyasının bərpa olunduğu qeydə alınıb və pasiyent ambulator müalicə üçün evə buraxılıb”.






İlk şərhi yaza bilərsiniz