Press "Enter" to skip to content

KKTC-dən TDT ilə bağlı daha bir addım

Şirin Zaferyıldızı Zaimağaoğlu

TDT-nin Qardaş Türk Diasporaları Atlası Komissiyasına KKTC-ni təmsil etmək üçün Şirin Zaferyıldızı Zaimağaoğlu təyin olunub

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cumhuriyəti (KKTC) Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinə bağlı Mədəniyyət Dairəsinin müdiri, şair Şirin Zaferyıldızı Zaimağaoğlu TDT-nin Qardaş Türk Diasporaları Atlası Komissiyasına KKTC-ni təmsil etmək üçün təyin edilib. Qeyd edək ki, bu komissiyanın yaradılmasına 2 dekabr 2025-ci il tarixində Budapeşt şəhərində keçirilmiş Türk Dövlətləri Teşkilatının Diaspor Məsələlərinə Cavabdeh Nazirlər və Qurum Rəhbərlərinin 7-ci iclasında razılıq əldə olunub.

Bu barədə KKTC-nin Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyindən məlumat verilib.

Məlumata əsasən, komissiya TDT-nin tamhüquqlu v müşahidəçi üzvlərinin diasporlarını bir araya gətirməyi, koordinasiyanı gücləndirməyi və ortaq layihələrin hazırlanmasını hədəfləyir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.