Press "Enter" to skip to content

Latviyada təqaüdlə təhsil

Latviyada təqaüdlə təhsil

BAYRAQDAR MEDİA – Latviya 2026–2027-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı çərçivəsində Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “təqaüd proqramı çərçivəsində namizədlər Latviyanın ali təhsil müəssisələrində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə təhsil almaq imkanı əldə edəcəklər. Müraciət üçün son tarix 1 aprel 2026-cı il müəyyən edilib. Təqdim olunmuş sənədlərə baxıldıqdan sonra yekun seçim qərarı Latviya tərəfindən qəbul ediləcək”.

Qeyd edək ki, proqram Azərbaycan ilə Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 17 iyul 2017-ci il tarixində Riqa şəhərində imzalanmış sazişə əsasən həyata keçirilir.

Proqramla bağlı ətraflı məlumat və müraciət qaydaları ilə link vasitəsilə tanış olmaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.