Press "Enter" to skip to content

Milli Mücadele Vakfından xəbərdarlıq

Tədbirdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Milli Mücadele Vakfının sədri Aziz Gülbahar Almaniya tərəfindən maliyyələşdirilən “Imagine” proqramının yenidən Kuzey Kıbrıs Türk Cumhuriyyəti məktəblərində tətbiq olunmasına qarşı çıxaraq, proqramın dərhal rədd edilməsinə çağırış edib.

Bu barədə kibrispostasi.com saytı məlumat verib.

Məlumata görə, Aziz Gülbahar təhsil siyasətinin “xarici mərkəzlərin deyil, Kıbrıs türk xalqının milli iradəsi ilə” müəyyənləşdirilməli olduğunu vurğulayıb: “Vəqf sədri Almaniya tərəfindən maliyyələşdirilən və İki Toplumlu Təhsil Komitəsinin təşkilatçılığı ilə həyata keçirilən “Imagine” proqramının yenidən Kuzey Kıbrıs Türk Cumhuriyyəti məktəblərinə daxil edilməsi istiqamətində atılan addımlara sərt reaksiya verib. A.Gülbahar bildirib ki, daha əvvəl prezident və hökumətin qərarı ilə dayandırılan bu proqramın yenidən gündəmə gətirilməsi xoş niyyətli addım deyil. Onun sözlərinə görə, ibtidai və orta məktəb yaşında olan kiprli türk uşaqlarının ara bölgəyə aparılaraq türk düşmənçiliyi ruhunda yetişdirilən rum gəncləri ilə “inteqrasiya” etdirilmək istənməsi siyasi və ideoloji müdaxilə xarakteri daşıyır”.

Məlumata əsasən, A.Gülbahar qeyd edib ki, Rum Administrasiyasının rəhbərinin 14 yaş qrupu üzrə futbol komandalarının dostluq oyunu təklifini rədd etdiyi halda, eyni zamanda “Imagine” proqramını müdafiə etməsi səmimiyyətdən uzaqdır: “Əgər həqiqi yaxınlaşma istənilirsə, rum məktəblərində türk düşmənçiliyinə son qoyulmalı, dərsliklər nifrət məzmunundan təmizlənməli və türk gənclərinə qarşı tətbiq edilən idman embarqoları aradan qaldırılmalıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.