Press "Enter" to skip to content

Narkomaniyaya qarşı mübarizəyə aid növbəti tədbir

Narkomaniyaya qarşı mübarizəyə aid növbəti tədbir

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) tərəfindən “Təhsildə sosial iş” xidməti çərçivəsində Samux rayon Nizami Gəncəvi adına Sərkar kənd tam orta məktəbdə görüş təşkil edilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “”Narkotik və psixotrop maddələrin ziyanı” mövzusuna həsr edilən tədbirdə Agentliyin əməkdaşları, Samux rayon İcra Hakimiyyəti başçısının müavini, müəllimlər və məktəbin 8-10-cu sinif şagirdləri iştirak ediblər. Tədbir şagirdlər arasında narkomaniyanın zərərli təsirləri barədə maarifləndirmə aparmaq, gənclərin sağlam həyat tərzi haqqında bilik və anlayışlarını artırmaq, onları zərərli vərdişlərdən qorumaq və düzgün seçim etməyə motivasiya etmək məqsədi daşıyıb”.

Ardınca xəbərdə, “çıxışlar zamanı mövzu ilə bağlı müxtəlif təqdimatlar edilib, narkotik maddələrin fiziki və psixoloji təsirləri haqqında məlumat verilib. Eyni zamanda, zərərli vərdişlərdən qorunmağın yolları izah edilib. Şagirdlərlə sağlam psixoloji vərdişlərin formalaşdırılması ilə bağlı fikir mübadiləsi aparılıb. Eləcə də iştirakçıları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.