BAYRAQDAR MEDİA – Fevralın 24-dən Azərbaycan xalqı milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ilə əlaqədar çərşənbə axşamlarını qeyd etməyə başlayır. Bu münasibətlə keçirilən mərasimlərdə, o cümlədən tonqal qalanması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması isə arzuolunmaz və acı nəticələrə yol aça bilər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd edilir ki, “qeyd olunanlarla bağlı FHN əhaliyə müraciət edərək Novruz bayramı ilə əlaqədar mərasimlərin təşkili və keçirilməsi zaman aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyə çağırıb. Bildirilib ki, bayram tonqalı ev, avtomobil, elektrik naqili, ağac və digər yanar əşyalardan kənarda yandırılmalı, tonqalın ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal üzərindən atılarkən ehtiyatlı olmalı, tonqal tam sönənədək nəzarətdə saxlanılmalı, süfrələrdə yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Həmçinin nəzərə alınmalıdır ki, küləkli hava şəraitində tonqal yandırılması xüsusilə təhlükəli hesab olunur. Pirotexniki vasitələrdən istifadə qadağandır!”.






İlk şərhi yaza bilərsiniz