BAYRAQDAR MEDİA – Beynəlxalq Demokratlar İttifaqı (UID) Birləşmiş Krallıq təşkilatı tərəfindən Londonda iftar proqramı təşkil edilib.
Bu barədə avrupagazete.co.uk saytı məlumat yayıb.
Məlumata görə, Kahramanmaraş Böyükşəhər Bələdiyyə başqanı Fırat Görgel fəxri qonaq qismində iştirak edib: “Ramazan ayının bərəkətinin bölüşüldüyü tədbirdə birlik, həmrəylik və diaspora mövzuları ön plana çıxıb. İftar proqramı siyasət, diplomatiya, iş dünyası və vətəndaş cəmiyyəti nümayəndələrini eyni süfrə arxasında bir araya gətirib. Türkiyədən İngiltərəyə səfər edən Fırat Görgelin iştirakı gecəyə xüsusi məna qatıb”.
Üç qardaş ölkənin diaspor təmsilçilərinin bir araya gəldiyi tədbirdə Fırat Görgel Kahramanmaraş şəhərinin İstiqlal Medalı təsvir olunmuş tablolarını Azərbaycan və KKTC missiya nümayəndələrinə hədiyyə edib.






İlk şərhi yaza bilərsiniz