Press "Enter" to skip to content

Azərbaycan beynəlxalq forumda təmsil olunur

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) Banqkok şəhərində dayanıqlı inkişafa həsr olunmuş 13-cü Regional Forumu öz işinə başlayıb. Tədbirdə Azərbaycan Forumun İdarəedici Bürosuna üzv seçilib. Ölkəmizi Forumun sədr müavini qismində iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov təmsil edir.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, tədbirdə 40-dan çox ölkədən 1200-dən çox dövlət rəsmisi, beynəlxalq təşkilat, özəl sektor və qeyri-hökümət təşkilatlarının nümayəndələri iştirak edir: “Forumda Asiya və Sakit Okean regionu ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində mövcud çağırışlar, prioritetlər və əməkdaşlıq imkanları müzakirə olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.