Press "Enter" to skip to content

Türkiyənin ilk 25 universiteti sırasında

Eskişehir Osmangazi Üniversitesi rektoru Prof. Dr. Kamil Çolakla xatirə şəkli

BAYRAQDAR MEDİA – Türkiyənin Yüksəköğretim Kurulunun diplomların tanınması prosesində istinad etdiyi beynəlxalq reytinq qurumlarından biri olan CWTS Leiden Ranking-in 2025-ci il nəticələri açıqlanıb. Qiymətləndirməyə əsasən, Türkiyənin ən yaxşı 45 universiteti arasında Eskişehir Osmangazi Universiteti 25-ci yeri tutub.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, bu nəticə universitetin elmi nəşrlər və beynəlxalq sitat göstəriciləri baxımından mühüm nailiyyət əldə etdiyini göstərir: “Reytinq universitetlərin akademik məhsuldarlığını və tədqiqat keyfiyyətini əsas meyar kimi götürür. Qeyd olunan göstərici ali təhsil müəssisəsinin beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Universitet rəhbərliyi əldə olunan nəticəni mühüm uğur kimi qiymətləndirib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.