Press "Enter" to skip to content

Azərbaycanlı gəncin ifasında Orta Asiya musiqisi

Konsert zamanı

BAYRAQDAR MEDİA – “İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert keçirilib.

Bu barədə İctimai Birlikdən məlumat verilib.

Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel
Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel

Məlumata görə, layihə çərçivəsində növbəti konsert Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Qazaxıstan və Qırğızıstan milli alətlərinin gənc ifaçısı Adnan Əmirlinin iştirakı ilə reallaşıb: “Konserti izləyənlər arasında Qırğız Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov və Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayel olub. Onlar tədbirin açılışında çıxış edərək gənc ifaçı haqqında xoş fikirlər səsləndirib və bu sənətin gənc nəsilə aşılanmasının vacibliyini vurğulayıblar”.

Qırğız Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov
Qırğız Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Maksat Mamıtkanov

Məlumata görə, bundan sonra tədbirdə çıxış edən “İRƏLİ” İctimai Birliyinin nümayəndəsi və layihə koordinatoru Nihad Rəhimli layihənin məqsədinin gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafına töhfə vermək olduğunu bildirib.

Adnan Əmirli
Adnan Əmirli

Tədbirin yekununda xatirə fotosu çəkilib.

Mission News Theme by Compete Themes.