Press "Enter" to skip to content

“Goldman Sachs” şirkətinin nümayəndə heyəti ilə görüş 

Görüş zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov “Goldman Sachs” şirkətinin Aktivlərin və sərvətin idarəedilməsi bölməsinin müştəri biznesi üzrə qlobal rəhbəri Met Qibsonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nazirlikdən məlumat verilib.

Məlumata görə. görüşdə ölkəmizlə şirkət arasında səmərəli tərəfdaşlıq vurğulanıb: “Azərbaycanın əlverişli biznes mühiti, makroiqtisadi sabitliyi və güclü valyuta ehtiyatları fonunda investorlar üçün etibarlı tərəfdaş olduğu diqqətə çatdırılıb. Ölkəmizdə həyata keçirilən islahatlar, iqtisadiyyatın şaxələndirilməsi siyasəti, qeyri-neft sektorunun inkişafı, rəqəmsal inkişaf gündəliyi barədə məlumat verilib. Qlobal çağırışlara uyğun müəyyən edilmiş iqtisadi prioritetlərinstrateji investisiyalar üçün əlverişli imkanlar yaratdığı qeyd edilib”.
Tərəflər iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.