Press "Enter" to skip to content

Nazir İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

Nazir İsrailin Azərbaycandakı səfiri ilə görüşüb

BAYRAQDAR MEDİA – Kənd təsərrüfatı naziri Məcnun Məmmədov İsrailin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz ilə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan və İsrail arasında aqrar sahədə əməkdaşlıq, kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsinin artırılması, İşçi Qrupun fəaliyyətinin genişləndirilməsi, heyvandarlıq və toxumçuluq sahələrində ən müasir texnologiyaların transferi, aqrar tədqiqatlar və təcrübə proqramları sahələrində əməkdaşlığın genişləndirilməsi, suvarma sahəsində İsrail təcrübəsinin öyrənilməsi məsələləri müzakirə olunub, iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb”.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.