Press "Enter" to skip to content

Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar

İclas zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov, kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, aidiyyəti dövlət qurumlarınınvə özəl sektor nümayəndələrinin iştirakı ilə “Azərbaycanda pambıqçılıq sənayesinin inkişafı” mövzusunda onlayn görüş keçirilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məlumata görə, görüşdə pambıqçılığın ölkəmiz üçün sənayeləşmə və qeyri-neft-qaz ixracının artırılması baxımından xüsusi əhəmiyyət daşıyan sahə olduğu vurğulanıb: “Pambıqçılığın iqtisadi səmərəliliyinin artırılması, regionlarda məşğulluğun təşviqi məqsədilə pambıq istehsalında dəyər zəncirinin dərinləşdirilməsi məsələləri müzakirə olunub. Yeni istehsal güclərinin qurulması, yüksək əlavə dəyər yaradan sənaye məhsullarının istehsalına keçid, mövcud infrastrukturun və bu sahədə çalışan şirkətlərin fəaliyyətinin təkmilləşdirilməsi imkanları qeyd olunub”.

Pambıqçılığın inkişafı sahəsində mövcud çağırışlar və onların həlli yolları müzakirə edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.