Press "Enter" to skip to content

Rəis müavini vətəndaşları qəbul edib

BAYRAQDAR MEDİA – Fevralın 24-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Emil Qarayev Mingəçevir şəhəri, Yevlax, Şəki, Bərdə və Tərtər rayonları sakinlərini videoformatda qəbul edib.

Bu barədə DVX-dən məlumat verilib.

Bildiirlib ki, qəbulda iştirak edən vətəndaşlar vergi orqanlarında işə qəbul və kadr məsələləri ilə bağlı müraciət ediblər: “Dövlət Vergi Xidmətinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri dinlənilib, sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara əsaslandırılmış cavab və izahatlar verilib. Araşdırma tələb edən müraciətlər qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün aidiyyəti strukturlara yönləndirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.