BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin Acıpayam Peşə Yüksək Məktəbində kitabxana və elektron resurslardan istifadə ilə bağlı təlim keçirilib. Təlimi Fuat Sezgin Kitabxanasının nümayəndəsi Ümran Kandemir təqdim edib.
Bu barədə universitetindən məlumat verilib.
Məlumata görə, tədbirdə tələbə və müəllimlərə kitabxana imkanları və rəqəmsal bazalara çıxış qaydaları izah olunub: “İştirakçılara ayda beş kitabın götürülməsi və sistemə onlayn giriş üsulları tətbiqi şəkildə göstərilib. Elmi tədqiqat bazaları və elektron kitab platformaları haqqında ətraflı məlumat verilib. Təlim iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb”.






İlk şərhi yaza bilərsiniz