Press "Enter" to skip to content

Universitetlərdə təhlükəsizlik müzakirə olunub

Toplantıdan foto

BAYRAQDAR MEDİA – Eskişehirdə “2025–2026-cı tədris ilinin ikinci yarısı üzrə Universitet Təhlükəsizliyi Koordinasiya İclası” keçirilib. İclasa vilayət valisi Dr. Erdinç Yılmaz sədrlik edib.

Bu barədə Anadolu Universitetindən məlumat verilib.

Məlumata görə, Anadolu Üniversitesinin rektoru professor Yusuf Adıgüzel Eskişehir Valiliğində təşkil olunan toplantıda iştirak edib. Görüşdə aidiyyəti dövlət qurumlarının nümayəndələri də yer alıblar.

İclasda Eskişehirdə fəaliyyət göstərən universitetlər, onlara bağlı ali təhsil müəssisələri, tələbə yataqxanaları və kampus ətrafında görüləcək təhlükəsizlik tədbirləri müzakirə olunub. Qurumlararası əməkdaşlıq və koordinasiyanın əhəmiyyəti vurğulanıb, tələbələrin sakit və təhlükəsiz tədris dövrü keçirməsi üçün həyata keçiriləcək tədbirlər nəzərdən keçirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.