Press "Enter" to skip to content

Xanyurdu öz sakinlərini qarşılayır – VİDEO

Xanyurdu öz sakinlərini qarşılayır

BAYRAQDAR MEDİA – Keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma yurda qayıdışı davam edir. Xocalı rayonunun Xanyurdu kəndi də, bərpa olunduqdan sonra, öz sakinlərini qarşılayır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “kənddə onların rahat və müasir standartlara uyğun yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Dövlət Komitəsinin təşkilatçılığı, eləcə də Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Xanyurdu sakinlərinin ata-baba yurduna qayıdışını əks etdirən xüsusi videoçarx hazırlanıb. Doğma ocaqlarına dönən sakinlər göstərilən hərtərəfli dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Sakinlər, həmçinin torpaqları işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərə təşəkkür edib, bu yolda canından keçən şəhidlərə rəhmət, ailələrinə isə səbir diləyiblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.