Press "Enter" to skip to content

Yanvarda 8 milyona yaxın tibbi xidmət göstərilib

BAYRAQDAR MEDİA – TƏBİB tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2026-cı ilin yanvar ayı ərzində ümumilikdə 2 milyon 265 min 488 müraciət qeydə alınıb. Bunlardan 48 min 553-ü stasionar, 2 min 216 min 935-i ambulator olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 8 faiz artım qeydə alınıb: “Yanvar ərzində göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 milyon 727 min 958 tibbi xidmət göstərilib. Onlardan 1 milyon 74 min 206-sı stasionar, 6 milyon 653 min 752-si ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb”.

Qeyd edilib ki, tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb: “Müvafiq dövr ərzində 3 milyon 426 min 87 sayda laborator müayinələr aparılıb ki, onların da 568 min 323-ü stasionar, 2 milyon 857 min 764-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2025-ci il ilə müqayisədə 12 faiz artım qeydə alınıb. Eyni zamanda ay ərzində 29 min 284 cərrahi əməliyyat və prosedur (27 min 935 stasionar, 1 min 349 ambulator olmaqla) icra olunub. Cərrahi əməliyyat və prosedurların sayı isə ötən ilin anoloji dövrü ilə müqayisədə 4 fazi artıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.