BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Məlumatda deyilir: “Türkiyə Respublikasına məxsus F-16 qırıcı təyyarəsinin qəzaya uğraması nəticəsində bir hərbi qulluqçunun həlak olması haqqında xəbər məni dərindən kədərləndirdi. Həlak olan hərbi qulluqçuya Allahdan rəhmət diləyir, yaxınlarının dərdlərinə şərik olur, ailəsinə dərin hüznlə başsağlığı verirəm”.






İlk şərhi yaza bilərsiniz