BAYRAQDAR MEDİA – Anadolu Üniversitesinin Xalqşünaslıq Tətbiqi və Araşdırma Mərkəzi tərəfindən Faris Akarsu Konsert Salonunda Ramazan tədbirləri keçiriləcək. 26 fevralda başlayacaq proqram ənənəvi səhnə sənətlərindən türk musiqisinin müxtəlif janrlarına qədər zəngin məzmun təqdim edəcək.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, açılış 26 fevral, saat 20:30-da olacaq və Hüseyn Dəmir tərəfindən “Qaragöz və Hacivat” tamaşası nümayiş olunacaq: “Ramazan ayı boyunca keçiriləcək konsertlərdə Türk Xalq Musiqisi, Türk Sənət Musiqisi və Türk Pop Musiqisi ifa ediləcək. Proqrama əsasən, martın 5-də Serpil Avar, 12-də Gözde Öksüz, 17-də isə Servet Akpınar səhnəyə çıxacaq.






İlk şərhi yaza bilərsiniz