BAYRAQDAR MEDİA – Bilecik Şeyh Edebali Üniversitesinin Karyera Mərkəzinin koordinasiyası ilə təşkil olunan “Akademiya–Lisey Görüşləri” proqramı çərçivəsində Refik Arslan Öztürk Fen Lisesinin şagirdləri ilə akademik heyət bir araya gəlib.
Bu barədə universitetdən bildirilib.
Məlumata görə, tədbirdə iştirak edən rektor Prof. Dr. Zafer Asım Kaplancıklı çıxışında universitet–lisey əməkdaşlığının əhəmiyyətini vurğulayaraq, gənclərin karyera planlaşdırılmasında düzgün və etibarlı məlumata erkən yaşda çıxışının böyük önəm daşıdığını bildirib.
Proqramda universitetin Tibb Fakültəsinin müəllimi dosent Serdar Güngör fakültənin tədris infrastrukturu, praktiki imkanları, akademik heyəti və tələbələrə təqdim olunan klinik təcrübə imkanları barədə məlumat verib. Fakültənin vizyonu, elmi-tədqiqat fəaliyyəti və səhiyyə sahəsindəki hədəfləri şagirdlərlə bölüşülüb, tibb təhsili və karyera planlaşdırılması ilə bağlı mühüm məqamlar diqqətə çatdırılıb.
Sual-cavab formatında davam edən görüşdə şagirdlər tibb təhsili, akademik karyera prosesi və səhiyyə sahəsindəki yeniliklərlə bağlı suallarını ünvanlamaq imkanı əldə ediblər. Proqram gənclərin gələcək hədəflərini müəyyənləşdirməsinə töhfə verən səmərəli tədbir kimi başa çatıb.






İlk şərhi yaza bilərsiniz