Press "Enter" to skip to content

Daha bir əməkdaşlıq protokolu imzalanıb

İmzalanma zamanı

BAYRAQDAR MEDİA – Ardahan Üniversiteti ilə Türkiye Yeşilay Cemiyetinin Ardahan şöbəsi arasında asılılıqlarla mübarizə və sağlam həyat tərzinin təşviqi məqsədilə əməkdaşlıq protokolu imzalanıb. Protokol universitetin rektoru Prof. Dr. Öztürk Emiroğlu və Yeşilay Ardahan Şöbəsinin sədri Tolgay Gökdemir tərəfindən imzalanıb.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, əməkdaşlıq çərçivəsində kampus üzrə keçiriləcək təlimlər, seminarlar, konfranslar və könüllülük fəaliyyətləri vasitəsilə tələbələrin hər cür asılılığa qarşı daha hazırlıqlı və davamlı olması hədəflənir: “İmzalanan protokolun əsas istiqaməti Yeşilay ilə əlaqələri gücləndirərək sağlam həyat mədəniyyətini universitetin bütün strukturlarına yaymaqdır. Bu çərçivədə Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın xanımı Emine Erdoğanın təşəbbüsü ilə elan olunan “2026 Müstəqillik İli” çərçivəsində diqqətçəkən addım atılıb. Universitetin əsas girişində yerləşən nəqliyyat dayanacağının “Yeşilay Dayanacağı” kimi dizayn edilməsi qərara alınıb. Bu təşəbbüs nəticəsində kampusun ən intensiv nöqtələrindən biri olan giriş sahəsi tütün, alkoqol, qumar və narkotik asılılığı ilə yanaşı, müasir dövrün təhlükəsi sayılan rəqəmsal asılılığa qarşı da maarifləndirmə mərkəzinə çevriləcək”.

Qeyd edilib ki, əməkdaşlıq müddətində Yeşilay Ardahan Şöbəsi mütəxəssis təlimçilərin dəstəyi ilə sahədə fəal maarifləndirmə işləri aparacaq, universitet isə sosial məsuliyyət fəaliyyətləri üçün məkan və infrastruktur dəstəyi göstərəcək: “Birgə həyata keçiriləcək layihələrlə sağlam həyat şüurunun yalnız tələbələr arasında deyil, bütün universitet kollektivi və şəhər əhalisi arasında yayılması, asılılıqlarla mübarizədə isə elmi və effektiv sahə fəaliyyətinin təmin edilməsi məqsəd qoyulub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.