Press "Enter" to skip to content

Denizlinin Azərbaycan sevgisi

Abidə önünə çələng qoyularkən
  1. Azərbaycan-Qarabağ Parkında yerləşən Xocalı soyqırımı abidəsinin önündə anım mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyənin Denizli şəhəri bu il də Azərbaycan sevgisini və Xocalı Soyqırımı qurbanlarına ehtiramını yüksək səviyyədə nümayiş etdirib.

Ümumiyyətlə, Türkiyənin müxtəlif şəhər və vilayətlərində Xocalı faciəsi ilə bağlı çoxsaylı anım mərasimləri keçirilsə də, Denizlinin bu sahədə xüsusi yeri var. Çünki şəhərdə uzun illərdir Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidə mövcuddur.

Rəhbər heyət mərasim zamanı
Rəhbər heyət mərasim zamanı

Şəhərin ən görkəmli məkanlarından birində, Azərbaycan-Qarabağ Parkında yerləşən abidə hər il rəsmi anım mərasiminə ev sahibliyi edir.

Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib

Fevralın 26-da Türkiyənin Denizli şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Sayğı duruşu
Sayğı duruşu

Bu barədə Denizlidəki Türk Egitim Vakfı Anadolu Lisesinin tarix müəllimi, Azərbaycan sevdalısı, araşdırmaçı, qələmə aldığı “Vatansız çiçekler” kitabnda Xocalı soyqırımına geniş yer ayıran Sedat Serdaroğlu məlumat verib.

Şəhər ictimaiyyəti
Şəhər ictimaiyyəti

Onun sözlərinə görə, fevralın 26-da Azərbaycan Parkında yerləşən Xocalı abidəsinin önündə anım mərasimi keçirilib. Denizli Böyükşəhər Bələdiyyəisnin başqanı Bülent Nuri Çavuşoğlu, Merkezefendi bələdiyyəsinin sədri Şeniz Doğan, Merkezefendi kaymakamı Abdullah Demir, həmçinin müxtəlif dövlət qurumları və ictimai təşkilatlarının təmsilçiləri, qazilər, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər və məktəblilərin iştirak etdiyi mərasimdə əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, daha sonra Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndirilib.

Bülent Nuri Çavuşoğlu: Xocalı soyqırımı insanlıq tarixinə düşən qara bir ləkədir

Bələdiyyə başqanı Bülent Nuri Çavuşoğlu abidə önünə çələng qoyub. Sonra çıxış edən bələdiyyə başqanı Xocalı faciəsinin təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıb: “Xocalı soyqırımı insanlıq tarixinə düşən qara bir ləkədir. Bu acı günün unudulmaması və Azərbaycanlı şəhidlərin əziz xatirəsinin yad edilməsi bizim mənəvi borcumuzdur”.

Bülent Nuri Çavuşoğlu
Bülent Nuri Çavuşoğlu

O bildirib ki, Xocalı qurbanları dünyanın müxtəlif ölkələrində olduğu kimi, Türkiyədə və xüsusilə Denizlidə də hər il ehtiramla anılır və onların xatirəsi daim uca tutulur.

Sedat Serdaroğlu: Bu faciələr həm də ona görə təkrarlanır ki, biz keçmişi unuduruq

Mərasimdən sonra Xocalı faciəsinə həsr olunmuş konfrans təşkil edilib. Necla Ergun Abalıoğlu Ticaret Mesleki və Anadolu Lisesində keçirilən konfransda “Xocalı soyqırımı və Qarabağ məsələsi” mövzusunda çıxış edən Sedat Serdaroğlu Xocalı soyqırımı, Ermənistanın işğalçı siyasəti və Qarabağ məsələsi barədə ətraflı məlumat verib.

Sedat Serdaroğlu
Sedat Serdaroğlu

O, deyib ki, ermənilər bu günə qədər istər Azərbaycan torpaqlarında, istərsə də Anadolu torpaqlarında türklərə qarşı çoxsaylı soyqırımları törədiblər: “Bu soyqırımların son dönəmdəki ən dəhşətlisi isə məhz Xocalı soyqırımıdır. Bu faciələr həm də ona görə təkrarlanır ki, biz keçmişi unuduruq. Halbuki biz bunları unutmamalı və gələck nəsilləri də məlumatlandırmalıyıq. Yəni çalışmalıyıq ki, gənclərimiz keçmişdə və bu gün düşmənlərimizin bizə yaşatdıqlarını, dostun kim, düşmənin kim olduğunu yaxşı bilsinlər. Buna görə də biz Xocalı soyqırmını da əsas götürməklə türklərə qarşı törədilən bütün soyqırımları haqqında gənclərimizin bilgiləndirilməsinə çalışırıq”.

Konfrasn zamanı
Konfrasn zamanı

Sedat Serdaroğlu, həmçinin 44 günlük Vətən müharibəsində Azərbaycanın müzəffər Ordusunun torpaqlarımızı işğaldan azad etdiyini və hazırda Xocalıda həyatın yenidən bərpa olunduğunu xüsusi vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.