BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam İnkişaf Bankı (İİB) Qrupu tərəfindən təşkil olunmuş sərgi ilə tanış olub.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə İİB Qrupuna daxil olan qurumlar tərəfindən maliyyələşdirilən layihələr və tərəfdaşlıq imkanları təqdim olunub: “İqlim maliyyələşdirilməsi, kiçik və orta biznesin dəstəklənməsi, üzv ölkələr arasında ticarət və investisiya əlaqələrinin möhkəmləndirilməsi sahəsində görülən işlər barədə məlumat verilib”.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev səfər çərçivəsində İİB-nin 50 illiyinə həsr olunmuş sənədli filmin rəsmi təqdimat mərasimində iştirak edib.Sənədli filmdəBankın tarixi, əsas fəaliyyət prinsipləri və həyata keçirdiyi layihələr vasitəsilə üzv ölkələrin sosial-iqtisadi inkişafındakı rolu əks etdirilib.






İlk şərhi yaza bilərsiniz