BAYRAQDAR MEDİA – Süleyman Demirel Üniversiteti tərəfindən “Ramazan Fast 2026” tədbirləri çərçivəsində təşkil olunan proqramların ilki Eğirdir qocalar evində keçirilib.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, Mühəndislik və Təbiət Elmləri Fakültəsinin tələbələri tərəfindən reallaşdırılan mənalı ziyarət zamanı qocalar evinin sakinləri ilə görüş keçirilib, Ramazan ayının mənəvi ab-havası birlikdə yaşanıb. Tələbələr ağsaqqalların və ağbirçəklərin əllərini öpərək xeyir-dualarını alıb, onların həyat təcrübələrini dinləyib, səmimi söhbətlər aparıblar.
Nəsillərarası könül körpülərinin qurulduğu görüşdə yaşlıların üzündəki təbəssüm və gənclərin səmimi münasibəti xüsusi diqqət çəkib. Ramazanın gətirdiyi dinclik, paylaşma və həmrəylik duyğuları bu xüsusi gündə birlikdə yaşanıb.






İlk şərhi yaza bilərsiniz