BAYRAQDAR MEDİA – Meteoroloji proqnozlara əsasən qarşıdakı günlərdə Azərbaycanın bəzi ərazilərində yağıntılı və əlverişsiz hava şəraiti gözlənilir. Bu hal yollarda sürüşkənliyin artmasına, görünmə məsafəsinin azalmasına və hərəkət zamanı əlavə risklərin yaranmasına səbəb ola bilər.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) daxil olub.
Xəbərdə deyilir ki, “bununla əlaqədar olaraq BDYPİ sürücülərə və piyadalara bir daha diqqətli olmağı tövsiyə edib. İdarə sürücülərdən hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməyi, öndə hərəkət edən nəqliyyat vasitəsi ilə təhlükəsiz ara məsafəsini qorumağı, qəfil manevrlərdən və kəskin əyləclərdən çəkinməyi, yağış, duman və ya qar zamanı işıqlandırma sistemlərinin sazlığına xüsusi diqqət yetirməyi, zərurət olmadıqca riskli ötmə əməliyyatları aparmamağı xahiş edib”.
Sonra xəbərdə, “BDYPİ piyadalara isə yolu yalnız müəyyən olunmuş yerlərdən keçməyi, hərəkətə başlamazdan əvvəl nəqliyyat vasitələrinin məsafəsini və sürətini düzgün qiymətləndirməyi, qaranlıq və görünüşün məhdud olduğu hava şəraitində daha diqqətli olmağı tövsiyə edib” deyə qeyd edilir.






İlk şərhi yaza bilərsiniz